...

Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 17:25 (UTC +04:00)
İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorun inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstək tədbirləri həyata keçirilir. Belə dəstək mexanizmlərindən biri sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.
Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir

Azərbaycan, Bakı, 1 avqust /Trend/

İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorun inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstək tədbirləri həyata keçirilir. Belə dəstək mexanizmlərindən biri sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir. Güzəştli kreditlər əsasən müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən istehsal və emal müəssisələrinin yaradılmasına, kiçik sahibkarlığın inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

Əsasən meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış Quba-Xaçmaz iqtisadi rayonunda da dövlətin güzəştli kreditləri hesabına müxtəlif istehsal və emal müəssisələri yaradılır. Bu cür müəssisələrin yaradılması fermerlərin istehsal etdikləri məhsulların emal üçün qəbuluna geniş imkanlar yaratmaqla bərabər, meyvə-tərəvəz istehsalının artımını da stimullaşdırır. Xaçmazda fəaliyyət göstərən Qafqaz Konserv Zavodu da belə müəssisələrdəndir.

"Azersun Holding" MMC tərəfindən yaradılmış Qafqaz Konserv Zavodunda konservlər, tomat pastaları, mürəbbələr, tərəvəz yeməkləri, turşular və kompot çeşidləri istehsal olunur. Yüksək keyfiyyətli məhsul istehsalı üçün müəssisədə qabaqcıl texnoloji avadanlıqlar quraşdırılmış və müasir laboratoriyalar fəaliyyət göstərir. Hazırda müəssisədə müxtəlif çeşiddə milli markalı məhsullar istehsal edilir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən zavoda 10 milyon manat həcmində dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına yeni istehsal xətləri işə salınmışdır.

Meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını təmin etmək və məhsul qəbulunu sürətləndirmək üçün hazırda Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Zavod gün ərzində təkcə 500 ton pomidor qəbul etmək imkanına malikdir. Bununla belə, müəssisəyə bölgədə fəaliyyət göstərən fermerlər tərəfindən gündəlik 150 ton pomidor təhvil verilir. Bölgənin hazırkı potensialına hesablanmış müəssisə fermerlərdən məhsulu tam həcmdə qəbul etmək gücündədir.

Hazırda fermerlərdən məhsul qəbulu davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti