...

Gəncədə sərhədyanı əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2014 15:18 (UTC +04:00)
Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı (EaPTC) üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası sentyabr ayında Gəncədə keçiriləcək.
Gəncədə sərhədyanı əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun iclası keçiriləcək

Azərbaycan, Bakı, 23 avqust/Trend/

Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı (EaPTC) üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası sentyabr ayında Gəncədə keçiriləcək. Bunu şənbə günü Trend-ə EaPTC-dən deyiblər.

İşçi qrupunun birinci iclası ötən ilin sonunda Telavidə keçirilib.

Məlumatda qeyd edilir ki, iştirakçılar Azərbaycan-Gürcüstan ərazi əməkdaşlığının prioritetlərini ilkin olaraq razılaşdırıblar.

Layihə çərçivəsində hər iki ölkənin sərhədyanı rayonlarından olan sahibkarlar, hakimiyyət orqanları və ictimai təşkilatlar cəlb ediləcək. Proqramda Azərbaycanı Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonları təmsil edəcəklər. Gürcüstan tərəfindən isə proqrama Kvemo-Kartli və Kaxeti regionları daxil edilib. İlkin hesablamalara əsasən, qrantların həcmi 20-250 min avro arasında dəyişəcək.

Layihənin dəyəri 12,5 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti