...

"Unibank" bankomatlarının funksiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2014 17:54 (UTC +04:00)
Artıq bankomatlardan istədiyiniz məbləği müxtəlif əsginazlarda çıxara bilərsiniz.
"Unibank" bankomatlarının funksiyasını genişləndirir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

"Unibank"ın bankomatları müştərilərin istəyinə uyğunlaşdırılıb. Artıq bankomatlardan istədiyiniz məbləği müxtəlif əsginazlarda çıxara bilərsiniz.

Bankdan Trend-ə verilən məlumata görə, kartınızı bankomata daxil edib lazım olan məbləği sifariş edən zaman bankomatın lövhəsində sizdən məbləği yalnız iri əsginazlarda, yoxsa qarışıq əsginazlar formasında istədiyiniz soruşulur.

Müştərinin seçimindən asılı olaraq, "Unibank" bankomatlarından sorğu edilən məbləğ mümkün böyük nominallardan olmaqla, minimal sayda əsginazlardan, yaxud qarışıq nominallardan ibarət əsginazlarla çıxır. Yəni müştərinin nə pulu xırdalamağa, nə də bütövləşdirməyə ehtiyacı olur. Bankomat müştərini bu qayğılardan qurtarır.

Hazırda "Unibank" paytaxt və ölkənin bir çox regionlarında 80-ə yaxın bankomatı ilə müştərilərin xidmətindədir. "Unibank" bankomatları çox geniş xidmət imkanlarına malikdir. Ölkə bankları içərisində ilk dəfə "Unibank" bankomatları ilə banka kredit müraciəti etmək və kredit ödənişi xidməti yaradılıb.

Bankomatlarda SMS bankçılıq xidmətinə qoşulmaqla yanaşı, kommunal ödənişləri həyata keçirmək, "card to card" və beynəlxalq kart köçürmələri həyata keçirmək mümkündür. Müştəri istəyərsə, "Unibank" bankomatlarında öz debet kartının PİN kodunu heç bir xidmət haqqı ödəmədən dəyişə bilər.

"Cash by code" xidməti isə bankomatlardan kart olmadan da pul çıxarmağı mümkün etdi. "Unibank" plastik kartlarında tətbiq olunan "Cash by Code" xidməti asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir. Müştəri bankomatda "Cash by Code" xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan şifrənin birinci hissəsi əks olunmuş qəbz çap edilir. Vəsaiti alacaq şəxsə SMS vasitəsilə şifrənin ikinci hissəsi göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti