...

Azərbaycanda "Nodulyar dermatit" virusundan 40 başadək iribuynuzlu mal-qara tələf olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2014 14:32 (UTC +04:00)
Azərbaycanda "Nodulyar dermatit" virus xəstəliyinə yoluxma nəticəsində təqribən 40 heyvan tələf olub.
Azərbaycanda "Nodulyar dermatit" virusundan 40 başadək iribuynuzlu mal-qara tələf olub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Maksim Surkov/

Azərbaycanda "Nodulyar dermatit" virus xəstəliyinə yoluxma nəticəsində təqribən 40 heyvan tələf olub. Bunu çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, ölkədə havanın temperatununun enməsi ilə yoluxmuş heyvanlarının sayında xeyli azalma müşahidə olunur: "Bununla belə, indiyədək 2800-dən çox yoluxma halı qeydə alınıb. 2600 heyvan uğurlu müalicə alıb, 200-dən artıq heyvan isə hazırda müalicə almaqdadır. Son məlumata görə, təqribən 40 heyvan tələf olub".

Y.Xanvəli vurğulayıb ki, hazırda xəstəlikə mübarizə davam edir. Heyvanların dezinfeksiyası, dezinseksiyası və simptomatik müalicəsi üzrə tədbirlər görülür.

Onun sözlərinə əsasən, rayonlarda virusa məruz qalmış mal-qara bazarlarının əksəriyyəti (sayı 10 olub) Qurban bayramı ərəfəsində işlərini bərpa edib: "Bu bazarlarda kiçikbuynuzlu mal-qaranın satılması üçün şərait yaradılıb, bəzi yerlərdə isə hətta Dövlət Baytarlıq Xidmətinin ciddi nəzarəti altında iribuynuzlu mal-qaranın satışına icazə verilib".

Qeyd edək ki, xəstəlik ilk dəfə təqribən 3 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.

"Nodulyar dermatit" xəstəliyi qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti