...

Vitse-qubernator: Sankt-Peterburqla Azərbaycan arasında qarşılıqlı investisiyalar genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 15:45 (UTC +04:00)
Sankt-Peterburqla Azərbaycan arasında qarşılıqlı investisiyalar genişləndiriləcək. Buna cümə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində aparılan ikitərəfli danışıqlar kömək edəcək.
Vitse-qubernator: Sankt-Peterburqla Azərbaycan arasında qarşılıqlı investisiyalar genişləndiriləcək

Azərbaycan, Bakı 16 oktyabr /Trend, müxbir Maksim Tsurkov

Sankt-Peterburqla Azərbaycan arasında qarşılıqlı investisiyalar genişləndiriləcək. Buna cümə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində aparılan ikitərəfli danışıqlar kömək edəcək. Bu barədə Trend-ə Rusiya nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun vitse-qubernatoru Vladimir Lavlentsev bildirib.

O, qeyd edib: "Biz mədəniyyət, təhsil, yüksək texnologiyalarla mübadilə sahəsində hökumətlərarası sazişlərimizi aktuallaşdırmaq, ticarət-iqtisadi münasibətlərdə əməkdaşlığın konkret inkişaf planını təşkil etmək, əməkdaşlığın perspektivlərini müzakirə etmək istəyirik. Biz kifayət qədər geniş nümayəndə heyəti ilə gəlmişik və Sankt-Peterburqun sənaye, elm və texniki potensialını nümayiş etdirmək istəyirik. Və öz növbəsində, qardaş ölkə Azərbaycandan öyrənmək istəyirik".

Vitse-qubernatorun sözlərinə görə, ən əsası, işgüzar əlaqələrin inkişafına xidmət edəcək möhkəm insani münasibətlər qurmaqdır. "Çox böyük potensialımızın olduğuna əminik. Azərbaycan son 20 il ərzində çox fəal inkişaf mərhələsindədir. Peterburqda büdcə gəlirlərimizin 30 faizini təmin edən kiçik və orta biznes çox sürətlə inkişaf edir. Biz işgüzar əlaqələrimizi genişləndirməyə köklənmişik".

V.Lavlentsev deyib ki, bu, uzun fasilədən sonra gələcək birgə layihələr üçün təməl olan ilk görüşdür: "Bizim münasibətlərin inkişafına, texnologiyaların mübadiləsi və təcrübə mübadiləsinə böyük marağımız var. Azərbaycan Sankt-Peterburqda mənim administrasiyada cavabdeh olduğum mənzil-kommunal təsərrüfatı sahəsində bir neçə layihəni uğurla həyata keçirib. Tullantıların təkrar emalı, təmizləyici qurğular, suyun təmizlənməsi sahəsində layihələr uğurla həyata keçirilib. Buna görə də hesab edirəm ki, biz bu sahədə işləyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti