...

Azərbaycan və AİB prioritetləri müəyyənləşdiriblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2014 18:05 (UTC +04:00)
Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) 2014-2018-ci illər üçün əməkdaşlıq strategiyası çərçivəsində əlaqələri inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəklər.
Azərbaycan və AİB prioritetləri müəyyənləşdiriblər (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) 2014-2018-ci illər üçün əməkdaşlıq strategiyası çərçivəsində əlaqələri inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəklər. Trend-in məlumatına görə, bunu Bakıda AİB-in prezidenti Takehiko Nakao mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu strategiya çərçivəsində əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı məsələlərində Azərbaycana kömək edəcək.

T.Nakao qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə və AİB-in Azərbaycan üzrə müdiri, maliyyə naziri Samir Şərifovla görüşlərdə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də 2015-ci il mayın 2-5-də Bakıda keçiriləcək AİB-in Rəhbərlər Şurasının illik iclasına hazırlıq məsələləri müzakirə olunub.

O, hazırlıq səviyyəsini yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, tədbir uğurla keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti