...

Asiya bankı Azərbaycanı istisna etmədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2014 18:35 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) gələcəkdə Azərbaycanın bankın layihələrində sərmayədar qismində çıxış imkanını istisna etmir.
Asiya bankı Azərbaycanı istisna etmədi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Asiya İnkişaf Bankı (AİB) gələcəkdə Azərbaycanın bankın layihələrində sərmayədar qismində çıxış imkanını istisna etmir. Trend-in məlumatına görə, bunu AİB-in prezidenti Takehiko Nakao Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankda belə təcrübə mövcuddur: "Məsələn, Çin sərmayədar qismində çıxış edir və özü müəyyən layihələrin reallaşdırılması üçün kreditlər alır".

Bank rəhbəri bildirib ki, Azərbaycanın iqtisadi inkişaf tempini nəzərə alaraq, gələcəkdə ölkənin hər hansı layihənin həmsərmayədarı qismində iştirak imkanı istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti