...

"Expressbank" Gold və Platinum kartlarını pulsuz təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2014 17:46 (UTC +04:00)
"Expressbank" bank kartları üzrə şərtləri sadələşdirərək müştərilərə ödənişsiz əsasda təklif edir.
"Expressbank" Gold və Platinum kartlarını pulsuz təklif edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Expressbank" bank kartları üzrə şərtləri sadələşdirərək müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə etmək olar.

Bankdan Trend-ə verilən məlumata görə, Visa Platinum / MasterCard Platinum üçün isə 800 AZN ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 premium kart üçün SMS-məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Bundan başqa, müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standard kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS-məlumatlandırma xidməti 6 AZN-dir.

"Expressbank" geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

"Expressbank" həmçinin İinternet vasitəsilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə bank kartı istifadəçilərinə "3D Secure" xidmətini təqdim edir. Bu xidmət həm "Visa", həm də "MasterCard" kartlarına şamil olunur.

Bankın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və 100-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti