Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Noyabrın 17-də Bakıda iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 4-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansuridir.
Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.