...

"ABB-Moskva" və Rusiya Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 14:27 (UTC +04:00)
Moskva şəhərində "ABB-Moskva" Bankının İdarə Heyətinin sədri Fuad Abdullayev və RF Sənaye və Ticarət nazirinin birinci müavini Qleb Nikitinin iştirakı ilə əməkdaşlıq barədə müqavilə imzalanıb.
"ABB-Moskva" və Rusiya Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Moskva şəhərində "ABB-Moskva" Bankının İdarə Heyətinin sədri Fuad Abdullayev və RF Sənaye və Ticarət nazirinin birinci müavini Qleb Nikitinin iştirakı ilə əməkdaşlıq barədə müqavilə imzalanıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, müqavilə sənaye subyektlərinin, eləcə də sənaye istehsalı və infrastrukturun yaradılması və inkişaf etdirilməsini hədəf götürən investisiya layihələrinin maliyyələşdirilməsi, kreditləşdirilməsi işində qarşılıqlı əməkdaşlığı ehtiva edir.

Sazişdə yer alan müddəalar, həmçinin RF hökumətinin dövlət proqramları çərçivəsində subsidiyalara görə müraciət edən şirkətlər üçün maliyyə məbləğinin artırılması və kreditlər üzrə xərclərin azaldılmasına imkan verəcəkdir.

Qleb Nikitin "ABB-Moskva" tərəfindən Rusiya Federasiyasının sənaye layihələrinin maliyyələşdirilməsinin təmin edilməsi üçün yeni imkanlar yaradıldığını yüksək qiymətləndirib. Qeyd edilmişdir ki, bağlanan saziş iki təşkilat arasında əməkdaşlığın coğrafiyasının genişlənməsinə, yerli şirkətlərin xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsində ABB-Moskva"-nın iştirakı Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin gələcək inkişafına kömək edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti