...

Expressbank yeni "Qış kampaniyası" adlı kredit aksiyasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 11:41 (UTC +04:00)
Expressbank müştərilərə istehlak kreditləri üzrə yeni “Qış kampaniyası” adlı kredit aksiyasını təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.
Expressbank yeni "Qış kampaniyası" adlı kredit aksiyasını təqdim edir

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Expressbank müştərilərə istehlak kreditləri üzrə yeni "Qış kampaniyası" adlı kredit aksiyasını təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlayacaqlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır.

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti