Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbirər Emil İsmayılov, Azad Həsənli/
Heydər Əliyev Beynəlxalq Hava Limanından Özbəkistan Hava Yollarının Bakı-Daşkənd aviareysinin yola salınması texniki səbəblərə görə saat 20:00-dək yubanır. Bunu Trend-ə Bakı aeroportundan deyiblər.
Aeroportdan bildiriblər ki, reys yerli vaxtla saat 14:10-da paytaxtdan yola salınmalı idi, lakin texniki problemlərə görə reysin icrası ilkin olaraq saat 18:00-dək təxirə salınıb.
Hazırda problemi aradan qaldırmaq mümkün olmadığına görə uçuş saat 20:00-dək yubanır.