...

İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndələri görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 20:58 (UTC +04:00)
İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndələri görüşəcək.
İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndələri görüşəcək

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndəlri görüşəcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin nüfuzlu turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə cari ilin 22 yanvar tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə turizm şirkətlərinin və mehmanxanalarının 100 nəfərə yaxın nümayəndəsinin iştirakı nəzərdə tutulan təqdimat və ikitərəfli biznes görüşlər keçiriləcək. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Türkiyənin turizm şirkətləri, mehmanxanalar və muzeylərini özündə birləşdirən TÜRSAB turizm təşkilatının 9000-dən artıq üzvü var və artıq uzun müddətdir həm Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həm də Azərbaycan Turizm Assosiasiyası ilə adıçəkilən təşkilat arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti