...

"Wizz Air" Bakıdan uçuşları təxirə saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 19:30 (UTC +04:00)
Ucuz sərnişin aviadaşımalar sayəsində turistlər arasında populyar olan “Wizz Air” şirkəti Bakıdan Avropaya uçuşların başlamasını təxirə salıb.
"Wizz Air" Bakıdan uçuşları təxirə saldı

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Ənvər Məmmədov/

Ucuz sərnişin aviadaşımalar sayəsində turistlər arasında populyar olan "Wizz Air" şirkəti Bakıdan Avropaya uçuşların başlamasını təxirə salıb. Bunu Trend-ə şirkətin informasiya mərkəzindən deyiblər.

Xatırladaq ki, şirkət daha əvvəl Bakıdan Budapeştə uçuşların apreldə başlayacağını açıqlamışdı, lakin hazırda saytda aprel üçün biletlərin sifarişi mümkün deyil. Uçuşlar həftədə iki dəfə həyata keçirilməli idi. Şirkətin rəsmi saytında Bakı-Budapeşt-Bakı biletinin qiyməti 160 avrodur.

Şirkətdən bildiriblər ki, daha əvvəl əldə edilmiş biletləri digər tarixlərlə dəyişmək mümkün olacaq. Digər tərəfdən, şirkət müştərilərin arzusu ilə biletin qiymətinin 20 faizi həcmində kompensasiya ödəyə bilər. Şirkət, eyni zamanda, Kutaisidən uçuşlardan istifadə etməyi təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti