...

Maastrixtdə Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2015 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel, /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Niderlanda səfər edəcək.

Trend Niderland Krallığının Ticarətin İnkişafı Şurasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti aprelin 23-də Maastrixtdə keçiriləcək Azərbaycan-Niderland biznes forumuna qatılacaq.

Məlumatda qeyd olunub ki, son illər Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və Cənubi Qafqazda qabaqcıl yer tutur: "Azərbaycan iqtisadiyyatının əsasında enerji sektoru durur. Ölkənin əsas vəzifələrindən biri də iqtisadiyyatının neft-qaz sahəsindən asılılığını azaltmaq və bölgələrin iqtisadi inkişafını genişləndirməkdir".

Biznes forum çərçivəsində kənd təsərrüfatı və logistika üzrə seminarlar keçiriləcək. Tədbirin məqsədi Azərbaycan və Niderland arasında işgüzar münasibətləri, iki ölkənin şirkətləri arasında əlaqələri inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti