...

Prezident: AİB Azərbaycanda kənd təsərrüfatı və turizmin inkişafını dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2015 12:42 (UTC +04:00)
Azərbaycan kənd təsərrüfatı və turizm sahələrində bir çox şeyə nail ola bilər, və Asiya İnkişaf Bankı (AİB) bu işdə dəstək verməyə hazırdır.
Prezident: AİB Azərbaycanda kənd təsərrüfatı və turizmin inkişafını dəstəkləməyə hazırdır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan kənd təsərrüfatı və turizm sahələrində bir çox şeyə nail ola bilər və Asiya İnkişaf Bankı (AİB) bu işdə ölkəyə dəstək verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu bankın prezidenti Takehiko Nakao Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısında deyib.

Onun sözlərinə əsasən, hazırda kənd təsərrüfatının inkişafı üçün Azərbaycanın böyük potensialı var. T. Nakao qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ona turizm sahəsində böyük uğurlar qazanmağa imkan verir.

Prezident əlavə edib ki, hazırda Azərbaycan iqtisadiyyatının böyük hissəsi neft sektoruna istiqamətlənib və dünyada enerji daşıyıcılarının qiymətlərinin azalmasını nəzərə alsaq, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir.

O hesab edir ki, ölkənin hər iki sahəni inkişaf etdirmək üçün bütün zəruri resursları var: "Ölkənizin kənd təsərrüfatı və turizmin inkişafı üçün çox gözəl təbii resursları var. Sizin gözəl iqliminiz, qədim tarixiniz var və qədim dövrlərdən İpək yolunun inkişafında vacib rol oynayan Azərbaycan Qərblə Şərq arasında körpüyə çevrilib".

T. Nakaonun sözlərinə əsasən, AİB Azərbaycan iqtisadiyyatının inkişafında ölkəyə dəstək verib və verməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti