...

NIKOIL | Bank Leninqrad veteranları ilə görüş keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2015 14:03 (UTC +04:00)
Faşizm üzərində Qələbə gününün 70-ci il dönümü münasibətilə NIKOIL | Bank şəhərin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına öz köməyini göstərdi.
NIKOIL | Bank Leninqrad veteranları ilə görüş keçirib

Azərbaycan, Bakı, 7 may /Trend/

Faşizm üzərində Qələbə gününün 70-ci ildönümü münasibətilə NIKOIL | Bank şəhərin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına öz köməyini göstərib. Bankdan Trend-ə verilən məlumata görə, görüş ənənəvi bayram naharı masası arxasında baş tutub.

Eyni zamanda, görüşdə bankın İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza da iştirak edib. O, öz çıxışı zamanı qeyd edib ki, Azərbaycanda elə ailə yoxdur ki, ona XX əsrin ən dəhşətli və qanlı müharibəsi toxunmasın.

"Mən bilmirəm ki, biz tarixdə necə iz qoyacağıq və bizim nəvələrimiz bizi necə xatırlayacaqlar, lakin, qan, ölüm, göz yaşı və qələbə sevinci görmüş bu insanlar daha bir neçə əsrlər yaddaşlarda qalacaqlar" - hamıya möhkəm sağlamlıq, sülh və əminamanlıq arzulayan V. Xamaza qeyd edib.

Nəzərinizə çatdıraq ki, Leninqrad mühasirəsi 1941-ci il 8 sentyabr tarixindən, 1944-cü il 27 yanvar tarixinədək davam etmişdir. Bu illər ərzində müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyonadək mühasirədə olan insan həlak olmuşdur. Onlardan yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həlak oldular.

Bundan əlavə qeyd etmək lazımdır ki, 1941 - 1945- ci illər ərzində sovet hərbi sıralarına 600 000-ə qədər azərbaycanlı çağırılmışdır. Onların təxminən yarısı cəbhədə həlak olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti