...

“AZAL”-ın yeni aldığı təyyarələrdə problem yaranıb?

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 11:13 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yeni aldığı "Boeing 787 Dreamliner" təyyarələrində heç bir problem yoxdur.
“AZAL”-ın yeni aldığı təyyarələrdə problem yaranıb?

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin yeni aldığı "Boeing 787 Dreamliner" təyyarələrində heç bir problem yoxdur.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı xarici mətbuatda adıçəkilən avialaynerlərin akkumlyator batareyalarında nasazlıq yaranması ilə bağlı xəbərlərə münasibət bildirən "AZAL"-ın sədr müavini Sabir İlyasov deyib: "Təyyarələrimizdə heç bir problem yoxdur. Hər ikisi çalışır və hər gün uçur. Onlardan istifadə etməyə davam edir, uçuşlarda iştirak etmək üçün ekipaj komandirləri hazırlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti