...

Cənub Qafqazın ən böyük zavodu neft quyuları üçün sement istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2015 11:43 (UTC +04:00)
Cənub Qafqaz regionunun ən böyük sement zavodu “Norm Sement” 2016-cı ildə neft quyuları üçün sement istehsalına başlamağı planlaşdırır.
Cənub Qafqazın ən böyük zavodu neft quyuları üçün sement istehsal edəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Cənub Qafqaz regionunun ən böyük sement zavodu "Norm Sement" 2016-cı ildə neft quyuları üçün sement istehsalına başlamağı planlaşdırır.

Bu barədə Trend-ə brifinq zamanı "Norm Sement" şirkətinin icraçı direktoru Həsən Yalçınqaya deyib.

O bildirib ki, Azərbaycanda bu məhsula böyük tələb var və onun istehsalına başlamaqla ölkəyə sement idxalı azalacaq: "Bu gün Azərbaycanda sement məhsullarının idxalı tədricən azalır və idxal olunan sement ümumi bazar həcminin cəmi 5, klinker isə 10 faizini təşkil edir".

H.Yalçınqaya qeyd edib ki, şirkət məhsullarını həmçinin Xəzəryanı ölkələrə də ixrac etməyə hazırlaşır: "Hazırda məhsullarımızın Rusiyanın cənub regionlarına, habelə Qazaxıstan və Türkmənistana ixrac imkanlarını nəzərdən keçiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti