...

Azərbaycanda sementə illik tələbat 4-5 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2015 15:57 (UTC +04:00)
2016-cı ildən etibarən Azərbaycanda sement məhsuluna tələbat hər il 4-5 faiz artacaq.
Azərbaycanda sementə illik tələbat 4-5 faiz artacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ənvər Məmmədov/

2016-cı ildən etibarən Azərbaycanda sement məhsuluna tələbat hər il 4-5 faiz artacaq. Trend-in məlumatına görə, bunu brifinqdə Cənubi Qafqaz regionunda iri sement zavodu olan "Norm Sement"in icraçı direktoru Həsən Yalçınqaya deyib.

Onun sözlərinə əsasən, 2015-ci ildə "Norm Sement" şirkəti 1,1 milyon ton sement və 240 min ton klinker istehsal etməyi planlaşdırır: "Hərçənd bu il Azərbaycanda sement istehsalının ümumi həcmində ötən ildəki 4,4 milyon tondan 3,8 milyon tonadək azalma gözlənilir. Müqayisə üçün, 2014-cü ildə şirkət 540 min ton sement istehsal etmişdi".

H.Yalçınqaya bildirib ki, hazırda zavodun istehsal gücü 2 milyon ton sement və 1,6 milyon klinker təşkil edir: "Tam layihə gücünə çıxma müddəti Azərbaycanın tikinti sektorunun artım tempindan birbaşa asılıdır. Düşünürük ki, bu il kiçik azalmadan sonra növbəti illərdə sementə tələbat hər il 4-5 faiz artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti