...

Azərbaycanda sürücülər kağız polisindən azad olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Azad Həsənli/

Yaxın iki il ərzində Azərbaycanın İcbari Sığorta Bürosu (ISB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polislərinin onlayn satışının inkişafına xüsusi diqqət ayırmağı planlaşdırır.

Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı ISB-nin direktoru Elxan Quliyev deyib.

O bildirib ki, elektron polislərin tətbiq edilməsi kağız polislərin istifadəsinin azalmasına imkan yaradacaq.

Bundan başqa, E.Quliyev tətbiq ediləcək başqa dəyişikliklərdən də danışıb:

"Yaxın iki il ərzində "Audatex" proqram təminatından istifadə etməyə, yol qəzaları zamanı ziyanın qiymətləndirilməsi ilə bağlı vahid sistemin, telematik texnologiyaların, ISB-nin informasiya sisteminin Dövlət Avtomobil Reyestrinə inteqrasiyasının, elektron imza və ya Büronun sistemində "ASAN İmza" mobil rəqəmsal imzasının, sığorta hallarının birbaşa nizamlanma prinsipinin tətbiq edilməsinə, AVSMMİS-in tənzimlənməsi ilə bağlı qanunverici layihədə dəyişikliklərin daxil edilməsinə, sığorta məbləğinin artırılmasına başlamağı planlaşdırırıq".

Büro direktorunun sözlərinə görə, həmçinin bir aydan sonra smartfonlar üçün proqram təminatının işə salınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti