...

Azərbaycanda sığorta agentlərinin fırıldaqçılığı ilə mübarizə üsulları təklif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 16:54 (UTC +04:00)
Azərbaycanda tətbiq edilməsi planlaşdırılan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə elektron polislər adi polislərdən ucuz olacaq.
Azərbaycanda sığorta agentlərinin fırıldaqçılığı ilə mübarizə üsulları təklif edilib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda tətbiq edilməsi planlaşdırılan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə elektron polislər adi polislərdən ucuz olacaq.

Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

Onun sözlərinə görə, belə bir addımı atmaqda məqsəd bəzi sığorta agentlərinin fırıldaqçı əməlləri ilə mübarizə aparmaqdır: "Biz dərhal elə edə bilmərik ki, sığorta agenti AVSMMİS polislərinin satışını dayandırsın və insanlar polisləri onlayn əldə etməyə başlasın. Lakin biz internet vasitəsilə satılan polis və digər vasitələrin qiymətini 10 faiz aşağı sala bilərik ki, bu da, fikrimcə, əlavə stimul olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti