...

“AtaBank” ASC müştərilərinə yeni xidmət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Müasir həyat ritmini və məşğulluğu nəzərə alaraq "AtaBank" ASC müştərilərinə bankın filial və ofislərinə gəlmədən Bankın xidmətlərindən istifadə imkanı yaradır.

Bankdan Trend-ə verilən məlumata görə, "AtaBank" ASC tərəfindən iOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefonlar üçün təklif etdiyi "MobilBank" xidmətinə qoşulmaqla siz dünyanın istənilən nöqtəsindən kart hesabınızı idarə edə və əməliyyatları həyata keçirə bilərsiniz. Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı Card to Card, vəsaitlərin göndərilməsi və onların ATM-dən kart olmadan verilməsi imkanını yaradan Cash by Code, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini "MobilBank" xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.

"MobilBank" xidmətinə qoşulmaq üçün banka müraciət etməyə ehtiyac yoxdur, sadəcə ATM-dən müvafiq şifrələri əldə etmək və proqramı "AppStore" və "PlayMarket"-dən yükləmək kifayət edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti