Azərbaycan, Bakı, 24 avqust /Trend/
"Bank Technique"nin baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Axundov öz xahişi ilə işdən çıxıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.