...

AZAL-a yeni vitse-prezident təyin edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Hacıyev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti təyin edilib.
AZAL-a yeni vitse-prezident təyin edildi

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Hacıyev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti təyin edilib.

Trend-in məlumatına görə, o bu vəzifəyə təyin edilməzdən əvvəl "Silk Way" şirkətinin vitse-prezidenti olub. Hazırda E.Hacıyev QSC-nin tərkibinə daxil olan AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsini də tutur.

Mülki aviasiya sahəsində böyük təcrübəsi olan E.Hacıyev 1984-cü ilin fevralından bu sahədə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti