...

AZPROMO: Azərbaycan və Rusiya iqtisadi əlaqələri şaxələndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 12:43 (UTC +04:00)
Rusiyanın Azərbaycana qoyduğu sərmayələrin təqribən 90 faizi neft-qaz sektorunun payına düşür.
AZPROMO: Azərbaycan və Rusiya iqtisadi əlaqələri şaxələndirəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Rusiyanın Azərbaycana qoyduğu sərmayələrin təqribən 90 faizi neft-qaz sektorunun payına düşür. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

Onun sözlərinə görə, son illər Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 1,8 milyard dollar sərmayə qoyub, bu məbləğin 1,6 milyard dolları neft-qaz sektorunun payına düşüb: "Daha 200 milyon dollar qeyri-neft sektoruna qoyulan sərmayələrdir. Hazırda iqtisadi əlaqələrimizin şaxələndirilməsi üzrə fəal iş aparılır ki, bu da hər iki tərəf üçün prioritetdir. Son illərdə ikitərəfli əlaqələrdə qeyri-neft sektorunun artımı 9-10 faiz təşkil edib".

R.Məmmədov qeyd edib ki, Rusiya subyektləri ilə birbaşa iqtisadi əlaqələri olan yeganə ölkədir: "Rusiyanın 78 regionu ilə iqtisadi müstəvidə Azərbaycanın sazişi var. Bu il iki ölkə arasında qarşılıqlı ticarətin həcmi ötən ildəkindən çox olacaq. Azərbaycanda Rusiya kapitalı ilə 599 şirkət qeydiyyata alınıb. Son 10 ildə Azərbaycanın birbaşa sərmayələri 1 milyard dolları ötüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti