...

Bank of Baku məsuliyyətli kreditləşmə siyasətini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bank of Baku məsuliyyətli kreditləşmə siyasətini açıqladı.

Bankdan Trend-ə verilən məlumata görə, istehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında" Metodoloji Rəhbərlik hazırlanmışdır. Bu Metodoloji Rəhbərliyə əsaslanaraq "Bank of Baku" ASC məsuliyyətli kreditləşmə layihəsi çərçivəsində öz Məsuliyyətli Kreditləşmə Siyasətini hazırlayıb geniş auditoriyaya təqdim etdi.

Bank of Baku"-nun təqdim etdiyi siyasət istehlak kreditlərinin verilməsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir. Belə ki, bu siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması, həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bankın təqdim etdiyi reklam daşıyıcılarında istifadə edilən "Kredit Sizi Şah da edə bilər Mat da!" şüarı isə məhz bu siyasət çərçivəsində müştərilərə ödəyə biləcəkləri qədər kreditlərin götürülməsini tövsiyə edir.

Bankın Məsuliyyətli Kreditləşmə Siyasəti ilə bu linkdən tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/mesuliyyetli-kreditlesme/
Bank of Baku-nun məhsul və xidmətləri haqqında daha ətralı məlumatı 145 Məlumat mərkəzindən və bankın rəsmi veb səhifələrindən www.bankofbaku.com və ww.facebook.com/bankofbaku əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti