...

"AtaBank" plastik kartlarla bağlı xəbərdarlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 09:33 (UTC +04:00)
“AzeriCard" prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.
"AtaBank" plastik kartlarla bağlı xəbərdarlıq edir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"AzeriCard" prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.

Trend Prosessinq mərkəzinin rəsmi məlumatına əsasən xəbər verir ki, oktyabr ayının 16-dan 17-nə keçən gecə, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti