...

Rumıniya Azərbaycanla iqtisadi əlaqaləri genişləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2015 15:57 (UTC +04:00)
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənovla görüşüb.
Rumıniya Azərbaycanla iqtisadi əlaqaləri genişləndirmək istəyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənovla görüşüb. Tərəflər görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanını müzakirə ediblər. Bu barədə Trend Rumıniyanın Bakıdakı səfirliyinə istinadən məlumat verir.

Səfir ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin regional səviyyədə ticarətin həcmini artırmaq imkanları var.

Diplomat ticarətin artırılması üçün Qara və Xəzər dənizləri arasında nəqliyyat dəhlizinin imkanlarını təqdim edib.

D.Çiobanu Şəkiyə işgüzar səfəri çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Azərbaycan və NATO arasında əməkdaşlıq mövzusu üzrə məruzə də oxuyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti