...

Əsas səhmdar Nikoil | Bank-ın depozit portfelini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 16:20 (UTC +04:00)
Nikoil | Bank-ın əsas səhmdarı keçən həftə bankda ümumi həcmi 10 mln. ABŞ dolları məbləğində əmanət yerləşdirib, bununla da bankın məcmu depozit portfelinin həcmi 266 mln. AZN-dək artıb.
Əsas səhmdar Nikoil | Bank-ın depozit portfelini artırdı

Trend-i buradan izləyin

Bank. Trend:

Nikoil | Bank-ın əsas səhmdarı keçən həftə bankda ümumi həcmi 10 mln. ABŞ dolları məbləğində əmanət yerləşdirib, bununla da bankın məcmu depozit portfelinin həcmi 266 mln. AZN-dək artıb. Bu barədə bankdan Trend-ə verilən məlumatda deyilir.

Qeyd edək ki, 2015-ci ilin üçüncü rübünün sonuna Nikoil | Bank-ın fiziki şəxslərin müddətli əmanətləri üzrə depozit portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 211 mln. AZN təşkil etmişdir. Əhalinin müddətli əmanətlərinin həcmi birinci rübün əvvəlinə 165 mln. AZN təşkil etmiş, cari il üzrə artım 46 mln. AZN olub.

Həmçinin 23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il "Nikoil | 2016" əmanət aksiyasının başlanmasını elan edib. İstənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirməklə bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaq. Aksiya 25 yanvar 2016-cı ilə qədər davam edəcək. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə yanaşı hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində pul kisəsi və 20 ədəd müasir smartfon qazanmaq üçün şans əldə edəcək.

Bugün "Nikoil" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Nikoil | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti