...

Azərbaycan Pakistandan ixrac üzrə gömrük və vergi güzəştlərinin tətbiqini xahiş edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2015 14:20 (UTC +04:00)
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bu ölkənin Pəncab əyalətinə səfər edib.
Azərbaycan Pakistandan ixrac üzrə gömrük və vergi güzəştlərinin tətbiqini xahiş edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bu ölkənin Pəncab əyalətinə səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində D.Şikarov Pəncab əyalətinin qubernatoru senator Malik Məhəmməd Rafiq Racvana, Lahor Sənaye və Ticarət Palatasının prezidenti Şeyx Məhəmməd Ərşad, gömrük və vergilər naziri Mujtaba Şuja-ur-Rehman ilə görüşlər keçirib.

M.Racvana ilə keçirilən görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf, qeyri-neft sektorunun, xüsusilə turizm sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat Azərbaycan və Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olmasından qürur duyduğunu qeyd edib, sözügedən münasibətlərin tarixi, dini və mədəni əsasların üstündə durduğunu bildirib. Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar və sosial layihələrin iki qardaş ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini bildirib.

D.Şikarov 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını tanıması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb olunması, həmçinin 2013-cü ildə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələr qəbul etməsini yüksək qiymətləndirərək, Pakistanın hər zaman haqq-ədalət yanında olduğunu və bu günə qədər Pakistanın Ermənistanla heç bir diplomatik münasibətlər qurmadığına görə təşəkkürünü bildirib.

Qubernator M.Racvana Pakistanın Azərbaycana olan xüsusi rəğbətini bir daha vurğulayıb, siyasi əlaqələrin tam yüksək səviyyədə olduğunu qeyd edib. Pakistanın Dağlıq Qarabağ məsələsində daim Azərbaycanı dəstəklədiyini və hər zaman dəstəkləyəcəyini vurğulayıb. Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin siyasi əlaqələr səviyyəsində olmadığından heyifsləndiyini bildirən qubernator sözügedən sahənin də çox qısa bir zamanda artacağına əmin olduğunu bildirib.

D.Şikarov iki ölkə arasındakı iqtisadi əlaqələrin yaxşılaşdırılmasının hazırda prioritet məsələ olduğunu bildirib, bu yolda artıq işlərin hazırlanıb görülməsini qeyd edib. Səfir iki ölkə arasındakı iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə çatdırılacağına əminliyini ifadə edib.

Sənaye və Ticarət Palatasının prezidenti Ş.Ərşadla keçirilən görüşdə D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf, qeyri-neft sektorunun, xüsusilə turizm sektorunun sürətlə inkişaf etdiyini, xarici inverstorlar üçün Azərbaycanda münbit şərait yaradıldığını diqqətə çatdırıb, pakistanlı iş adamlarını Azərbaycana səfərə dəvət edib.

Səfir Bakı-İslamabad birbaşa aviareysinin artıq fəaliyyət göstərdiyini, bunun da öz növbəsində, iqtisadi əlaqələrə təkan verəcəyini qeyd edib. Diplomat Azərbaycanın əsas ixrac mallarının enerji resursları olduğunu və Pakistanın enerji qıtlığından əziyyət çəkməsini qeyd edərək bu istiqamətdə uğurlu işlərin görülə biləcəyini söyləyib. Həmçinin Pakistandan düyü, şəkər, idman və digər malların Azərbaycana ixrac potensialı vurğulanıb.

Gömrük və vergilər naziri M.Şuja-ur-Rehmanla keçirilən görüşdə isə səfir Azərbaycanın gömrük və vergi sistemi haqqında ətraflı məlumat verib, həmçinin Azərbaycan məhsullarının Pakistana ixracı məsələsində gömrük və vergi güzəştlərinin tətbiq edilməsini xahiş edib.

Qeyd edək ki, 90 milyon əhalisi olan Pəncab əyaləti nüfuzuna görə Pakistanın ən böyük əyalətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti