...

Nikoil | Bank-ın Yeni il əmanət aksiyası müştərilərin maraq dairəsindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2015 20:01 (UTC +04:00)
Nikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasına başlayıb və ilk 10 gün ərzində 6 mln. AZN-dən çox vəsait cəlb olunub.
Nikoil | Bank-ın Yeni il əmanət aksiyası müştərilərin maraq dairəsindədir

Bakı. Trend:

23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasına başlayıb və ilk 10 gün ərzində 6 mln. AZN-dən çox vəsait cəlb olunub.

Aksiyanın şərtlərinə əsasən, istənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək.

Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir.

Lotereyanın şərtlərinə əsasən, hər 1000 - 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda hazırda aktiv olan bütün əmanətlər iştirak edir.

Uduş fondu 29 yanvar 2016-ci ildə bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisində oynanılacaq.

Bu gün əmanətlər üzrə məhsul xətti aşağıdakı əmanət növlərindən ibarətdir:

Nikoil | Vergisiz (maksimal illik gəliri 12% AZN-də və 7,7%-ə qədər USD-də), əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə bank tərəfindən hədiyyə olunacaq. (http://nikoil.az/az/deposits/d5).

Nikoil | Sabit (maksimal illik gəliri 14,5%-ə qədər AZN-də, 10%-ə qədəri USD-də və 8%-ə qədəri EUR-da). Bu əmanət növü sığortalanmış və yüksək faiz dərəcəsini özündə birləşdirir. Bu əmanət növündə əmanətin müddəti 3 aydan 60 aya qədərdir (http://nikoil.az/az/deposits/d4).

Nikoil | Private (maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9,1%-ə qədər USD-də və 7,6%-ə qədər EUR-da), ilkin əmanət məbləğinin yüksək olması şərti ilə yüksək faiz dərəcəsi təklif edir. Bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur (http://nikoil.az/az/privatbanking/).

Cari aksiya ilə əlaqədar daha ətraflı məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti