Bakı. Trend:
Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla da dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb.
Hazırda nazirlik tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.