Bakı. Ənvər Məmmədov - Trend:
İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkəti olan "Alfa Sığorta" ASC 21 yanvar 2016-cı il tarixində "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. Bu barədə Trend İSB-nin saytına istinadən məlumat verir.
Şirkət "Yaşıl Kart" sistemi çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər göstərə biləcək.
Bununla da sistemə qoşulmuş Azərbaycan sığorta şirkətlərinin sayı 12-yə çatıb.