...

"Expressbank" yeni filialını açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 19:40 (UTC +04:00)
Expressbank-ın "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb.
"Expressbank" yeni filialını açdı

Bakı. Trend:

Expressbank-ın "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb. Yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F.Ağayev küçəsi, 5 ünvanında yerləşir.

Bankın Biznesin inkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib: "Expressbank" filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metrostansiyanın yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir".

Expressbank-ın paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomatı, 7500-dək POS-terminalı və 400-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti