...

ExpressClub-la xərclərinizi gəlirə çevirin

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 11:02 (UTC +04:00)

Bakı. Trend:

Expressbank plastik kart sahibləri üçün - "Xərclərinizi gəlirə çevirin" şüarı altında yeni ExpressClub-u təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, artıq Expressbank-ın bütün plastik kart sahibləri (əmək haqqı kartları da daxil olmaqla) "cash back" xidməti vasitəsi ilə ölkədaxili Pos-terminallarda alış-veriş zamanı ödənilmiş malın və ya xidmətin dəyərinin bir hissəsini kartlarına geri qazanacaqlar.

ExpressClub-un tərəfdaşlar şəbəkəsində plastik kartla alış-veriş edən müştərilər xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alacaqlar.

Hazırda ExpressClub şəbəkəsinə 100-dək tərəfdaş və 200-dən artıq satış məntəqəsi daxildir ki, həmin mərkəzlərdə nağdsız ödəniş etdikdə, xərclənən məbləğin bir hissəsi geri qayıdır. Belə ki, müştərilər sadəcə sevdikləri mağazalarda alış-veriş etməklə, restoran və ya kafedə hesab verməklə, gözəllik salonunu ziyarət etməklə xərclədikləri məbləğin müəyyən faizini geri qazanmış olurlar. Şəbəkəyə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

ExpressClub-un başlıca üstünlüyü ondan ibarətdir ki, "cash back" Bank-ın bütün plastik kartlarına şamil olunur və artıq müştərilərə saysız endirim və bonus kartlarını özləri ilə gəzdirməyə ehtiyac qalmır.

Amma bu da son deyil! ExpressClub şəbəkəsinə daxil olmayan müəssisələrdə alış-veriş edən müştərilər də diqqətdən kənarda qalmayacaq və xərclədikləri vəsaitin 0,3%-ni karta geri alacaqlar.

Beləliklə, ExpressClub sayəsində Expressbank-ın bütün plastik kart sahibləri Pos-terminallar vasitəsilə ödəməklə, xərclərini gəlirə çevirəcəklər. Bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir!

Qeyd etmək gərəkdir ki, Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.

ExpressClub tərafdaş şəbəkəsi və "cash back" xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilər.

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti