...

Expressbank-ın Visa kartları ilə səyahət şansı qazanın

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 17:29 (UTC +04:00)

Bakı. Trend:

Visa "Arzularınızın səyahətini qazanın!" şüarı altında stimullaşdırcı lotereya keçirir.

Həyəcanla yaxınlaşan yay fəslində səyahətə ayıracaq vəsaitiniz hələ də yoxdursa, dünyanı gəzib, dolaşmaq arzusundan dönməyin.

Siz səyahət edəcəyiniz məkanı planlaşdırın, büdcəni isə Visa sizə hədiyyə edəcək.

İyul ayının 31-dək Expressbank-ın Visa Gold və Visa Platinum kartları ilə ən azı 50 AZN alış-veriş etdiyiniz zaman 6350 AZN məbləğində səyahət qazanmaq şansınız var. Bunun üçün sadəcə POS-terminal vasitəsi ilə etdiyinizin ödənişin qəbzini özünüzdə saxlayır və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edirsiniz.

Qeyd edək ki, lotereyada hər biri 6350 AZN həcmində 6 səyahət paketindən başqa, "Sabina Perfumery&Cosmetics" mağazasından hər biri 50 AZN olan 120 ədəd kupon oynanılacaq.

Bütün iştirakçılara uğurlar!

Xatırladaq ki, müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını istənilən Expressbank filiallarından birində pulsuz sifariş edə və ya www.expressbank.az saytı vasitəsilə sifarişi rəsmiləşdirə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

Lotereyanın şərtləri haqqında daha ətraflı növbəti linkə keçərək məlumat ala bilərsiniz: http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium-rules-az.PDF

ExpressBank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti