...

"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2016 17:39 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

OIL

Son bir həftədir neft qiymətləri proqnozlaşdırıldığı kimi 50$-a kimi bahalaşıb. InvestAZ analitiklərinin fikrincə, 50$ səviyyəsi önəmli səviyyə sayıldığı üçün qiymətlər qismən ucuzlaşa bilər. Avropanın Brent markalı neftinin bir barel qiyməti 45 və 41$-a kimi ucuzlaşa bilər. Əks təqdirdə, qiymət yenidən 50$ -ın üzərində möhkəmlənərək artım trendinə davam edə bilər.

GOLD

Qızılın bir unsiya qiyməti ilin əvvəlindən 1300$-a kimi bahalaşdıqdan sonra may ayının əvvəlindən ucuzlaşmağa başlamışdır. Ucuzlaşma isə artıq 1211$-a kimi davam edib və analitiklərin fikrincə qiymələr 1300$-ın altında qaldıqca, 1175 və 1144$-a kimi daha da ucuzlaşa bilər.

EUR

Avro ilin əvvəlindən etibarən 8%-dən çox bahalaşsa da, dolların may ayının əvvəlindən etibarən dünya valyuta birjalarında güclənməsi avronun qiymətininin ucuzlaşmasına təsir etmişdir. InvestAZ analitikləri EUR/USD cütlüyü üzrə qiymətin 1.16$-ın altında möhkəmlənməsini əsas gətirərək, qiymətin 1.09$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

GBP

Böyük Britaniya maliyyə bazarlarında isə funtun bahalaşması davam edir. Son iki həftədir Funt dollara nisbətən dünya birjalarında 3% bahalaşmışdır. Analitiklərin fikrincə isə qiymət 1.43 səviyyəsi üzərində qalmaqla 1.48/9 səviyyələrinə kimi bahalaşa bilər.

TRY

Türkiyədə isə siyasi risklərin qismən azalması fonunda türk lirəsi keçən həftə ərzində 3% bahalaşmışdır. USD/TRY valyuta cütlüyü bazarlarda 3.00 lirədən ucuz təklif edildiyi təqdir, qiymətin 2.90/87 lirəyə-a kimi ucuzlaşa biləcəyi (Türk lirəsinin bahalaşması) ehtimalı var.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti