...

Nazir: Almaniya Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda dəstəkləyəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2016 14:25 (UTC +04:00)
Bu gun Almaniyanin paytaxtı Berlin şəhərində Azərbaycan-Almaniya biznes forumu öz işinə başlayıb.
Nazir: Almaniya Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda dəstəkləyəcək (ƏLAVƏ OLUNUB)

Berlin. Sevil Mikayılova - Trend:

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan-Almaniya biznes-forumu öz işinə başlayıb.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumu giriş sözü ilə açan Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel forumun keçirilməsindən məmnun olduğunu bildirib.

Almaniyanın Azərbaycanda çoxlu sayda şirkətlərlə təmsil olunduğunu bildirən nazir, xüsusilə "Siemens" şirkətinin Azərbaycanda fəaliyyətini qeyd edib: "Bizim şirkətlər əsasən enerji, eləcə də ixrac və maşınqayırma sahələrində əməkdaşlıq edirlər. Biz çox istərdik ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olsun".

Z.Qabriel Azərbaycanı bu məsələdə dəstəkləyəcəklərini diqqətə çatdırıb.

Azərbaycanın investisiya üçün əlverişli ölkə olduğunu bildirən nazir ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasının əsas şərt olduğunu vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin olmasından böyük təəssüf hissi keçirdiyini bildirən Z.Qabriel münaqişənin sülh yolu ilə həllinə dəstəklədiklərini nəzərə çatdırıb. O, hazırda Almaniya xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri kimi məsələnin həllinə çalışdığını və bu istiqamətdə səy göstərdiyini bildirib: "Biz ötən ay Vyanada keçirilmiş görüşə böyük ümidlər bəsləyirik və danışıqlar prosesinin davamlı olmasını istəyirik. Biz Azərbaycana güclü tərəfdaşlıq təklif edirik və ümid edirik ki, bu forum gələcək əməkdaşlığımıza öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti