...

Lənkərandan Sankt-Peterburq və Surquta uçuşlar başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 11:40 (UTC +04:00)
Rusiyanln "UTair" aviaşirkəti iyunun 7-dən Lənkəran - Sankt-Peterburq - Lənkəran və Lənkəran - Surqut - Lənkəran marşrutları üzrə yeni reyslərin icrasına başlayıb.
Lənkərandan Sankt-Peterburq və Surquta uçuşlar başlayıb

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiyanln "UTair" aviaşirkəti iyunun 7-dən Lənkəran - Sankt-Peterburq - Lənkəran və Lənkəran - Surqut - Lənkəran marşrutları üzrə yeni reyslərin icrasına başlayıb.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, Lənkəran - Sankt-Peterburq - Lənkəran reysləri hər çərşənbə axşamı Lənkərandan saat 14:40-da, Sankt-Peterbuqrdan isə 19:10-da həyata keçirilir.

Lənkəran - Surqut - Lənkəran reysləri də hər çərşənbə axşamı Lənkərandan saat 01:10-da, Surqutdan isə saat 10:10-da reallaşdırılır.

"UTair" aviaşirkəti iyunun 8-dən Moskva-Bakı marşrutu üzrə uçuşları bərpa edib. Uçuşlar hər gün aşağıdakı qrafik üzrə həyata keçirilir: Moskva-Bakı: uçuş saat 10:30-da, eniş saat 14:30-da; Bakı-Moskva uçuş saat 15:30-da, eniş saat 17:30-da. Uçuş müddəti 3 saatdır.

Hər bir hava limanı üçün yerli vaxt göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti