...

Natiq Əmirov: Dünya iqtisadiyyatında cərəyan edən qlobal proseslərin Azərbaycan üçün təsirləri minimum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2016 12:24 (UTC +04:00)
Dünya iqtisadiyyatında cərəyan edən qlobal və regional proseslərin 2015-ci ildə Azərbaycan üçün təsirləri minimum olub.
Natiq Əmirov: Dünya iqtisadiyyatında cərəyan edən qlobal proseslərin Azərbaycan üçün təsirləri minimum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya iqtisadiyyatında cərəyan edən qlobal və regional proseslərin 2015-ci ildə Azərbaycan üçün təsirləri minimum olub. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Sosial biznes - inkişafa aparan yol" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, buna (minimum təsirə) ölkə rəhbərliyinin siyasəti, qeyri-neft sektorunun inkişafı üçün görülən tədbilər yardım edib.

N.Əmirov qeyd edib ki, ötən il ərzində Azərbaycan ÜDM-i 1,1 faiz artıb, adambaşına düşən ÜDM-in həcmi isə 5703 manat təşkil edib.

O əlavə edib ki, Azərbaycanın əsas kapitalına 15,9 milyard manat sərmayə qoyulub ki, bunun 56 faizini daxili sərmayələr təşkil edib.

N.Əmirovun sözlərinə görə, dünya bazarlarında hazırkı vəziyyət aparılan islahatların genişləndirilməsini və sürətləndirilməsini şərtləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti