Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın sığorta bazarında yerli və əcnəbi sərmayədarlar üçün hər cür şərait yaradılıb.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.
Onun sözlərinə görə, son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişləri isə 2 dəfə artıb:
"Sığorta sektorunda istehlakçıların hüquqlarının qorunması üzrə böyük işlər görülüb, lakin sığorta sahəsi ölkə əhalisini ən çox narahat etməkdə qalır. Sığorta xidmətlərinin istehlakçılarının şikayətləri əhalinin Palataya müraciətləri arasında üstünlük təşkil edir".