...

Minsk zavodu məhsullarını Azərbaycana ixrac etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2016 13:09 (UTC +04:00)
"Minsk Podşipnik Zavodu" Azərbaycan sahibkarları ilə əməkdaşlığa maraqlıdır.
Minsk zavodu məhsullarını Azərbaycana ixrac etmək istəyir

Bakı. Trend:

"Minsk Podşipnik Zavodu" Azərbaycan sahibkarları ilə əməkdaşlığa maraqlıdır.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, “Minsk Podşipnik Zavodu” SC MDB məkanında podşipnik istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. Zavod 30-dan çox ölkənin maşınqayırma, metallurgiya, yanacaq-enerji müəssisələrini, tikinti, meşə və digər sənaye sahələrini istehsal etdiyi məhsullar ilə təmin edir.

Diametrləri 10-980 mm, çəkisi 700 kq-a qədər olan müxtəlif ölçülü sferik, silindrik, yumru və digər podşipniklərin istehsal olunması zavodun əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Zavod öz brendlərini "MPZ" brendi adı altında bazara çıxarır və məhsullar beynəlxalq standartların tələblərinə tam cavab verir.

Hazırda "Minsk Podşipnik Zavodu" SC marketinqin həcmini artırmaqda və məhsullarının ixracının coğrafiyasını genişləndirməkdə maraqlıdır. Bu səbəbdən SC Azərbaycanda fəaliyyət göstərən şirkətlərə və sahibkarlara hər iki tərəf üçün mənfəətli olan əməkdaşlıq şərtləri təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti