...

Caspian European Club Şahdağda Summer Weekend təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 12:25 (UTC +04:00)
Caspian European Club (Caspian Business Club) 2016-cı il avqustun 26-28-də “Şahdağ” qış-yay turizm kompleksində ilk dəfə Summer Weekend təşkil edəcək.
Caspian European Club Şahdağda Summer Weekend təşkil edir

Bakı. Trend:

Caspian European Club (Caspian Business Club) 2016-cı il avqustun 26-28-də “Şahdağ” qış-yay turizm kompleksində ilk dəfə Summer Weekend təşkil edəcək.

Bu barədə Trend-ə Caspian European Club-dan məlumat verilib.

Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, Summer Weekend proqramında yalnız Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin rəhbər və nümayəndələri, həmçinin onların ailə üzvləri iştirak edə bilərlər.

“Caspian European Club üzvləri üçün Şahdağ otelində nömrə bronu zamanı eksklüziv endirimlər, həmçinin turizm kompleksinin yay mövsümündə yaratdığı bütün imkanlardan yararlanmağa şərait yaradacaq maraqlı proqram nəzərdə tutulub”, - deyə o qeyd edib.

“Ümid edirik ki, Summer Weekend Caspian European Club-un (Caspian Business Club) hər il mütəmadi şəkildə keçirilən yay forumuna çevriləcək və bu forum çərçivəsində şirkət rəhbərləri qeyri-rəsmi şəraitdə perspektivli layihələr müzakirə edə və işgüzar müqavilələr nizamlaya biləcəklər”, - deyə Telman Əliyev bildirib.
Summer Weekend çərçivəsində radioidarəedici təyyarə və avtomobil modelləri arasında Caspian Energy Qran-prisi təşkil olunacaq. Yarışmada iştirak üçün Caspian European Club-a (Caspian Business Club) müraciət etmək mütləqdir.

Summer Weekend-də qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
http://www.caspianenergy.org/index.php/en/registration/item/57-the-summer-weekend-2016

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:
E-mail: [email protected]; [email protected]
URL: www.caspianenergy.net;
www.caspianenergy.org;
www.caspianenergyforum.com;
www.caspianenergy.info;
www.caspianenergy.photo;
www.caspianenergy.tv;
www.caspianenergy.media;
www.caspianenergy.ceo;
www.caspianenergyaward.com;
www.award.az;
www.award.ceo;
www.brandaward.org;
www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti