...

7 ayda 125 yaşayış məntəqəsi qazlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2016 15:25 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsinə təbii qaz verilib.
7 ayda 125 yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsinə təbii qaz verilib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-iyul ayları ərzində 6681,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

Şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 197,5 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti