...

Moskva-Bakı reysi 1,5 saat gecikir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 15:05 (UTC +04:00)
Moskvadan Bakıya uçün "Utair" avişirkətinin aviareysi saat yarım gecikir.
Moskva-Bakı reysi 1,5 saat gecikir

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Moskvadan Bakıya uçün "Utair" avişirkətinin aviareysi saat yarım gecikir. Bu barədə Trend-ə Heydər Əliyev adına Hava Limanından məlumat veriblər.

Hava limanından qeyd ediblər ki, təyyarə saat 14:30-da Bakıya enməli idi. Lakin reysdə baş verən gecikməyə görə, saat 16:05-də enəcək.

Rusiya KİV-lərində verilən məlumata görə, təyyarə tam uçuşa hazır ikən pilot yüksəklik sükanının sınması barədə xəbər verib və bu səbəbdən reys gecikib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti