Lisenziyası ləğv edilən 4 bank əmanətçilərinə 38 mln. manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2016 11:27 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 38,4 milyon manat kompensasiya ödənilib. Bu barədə Trend-ə Fonddan daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, 11 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 15,4 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 16,9 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,1 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 38,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti