Azərbaycan yük daşımalarından ildə 2,5 milyard dollara qədər qazanc əldə edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 7 Sentyabr 2016 15:02 (UTC +04:00)

Bakı. Azad Həsənli – Trend:

Azərbaycan yük daşımalarından ildə təqribən 2,5 milyard dollar qazanc əldə edə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: "Əgər ildə Azərbaycan ərazisindən 50 milyon ton yükün keçməsinə nail ola bilsək, hər tondan təqribən 50 dollar qazanmaqla hər il 2,5 milyard dollar gəlir əldə edəcəyik".

C. Qurbanov qeyd edib ki, bunun üçün illər tələb olunur, belə ki, dünyanın diqqətini Azərbaycana cəlb etmək lazımdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti