Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə manat istiqrazlarının buraxılması imkanını istisna etmir.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, əhali arasında sentyabrın 20-də buraxılmış dollar istiqrazlarına böyük maraq müşahidə olunur.
R.Abdullayev qeyd edib ki, dollar istiqrazlarının yeni emissiyası tezliklə, hətta bu il buraxıla bilər.