Bakı. Səba Ağayeva - Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" milli aviaşirkəti Bakı və Əbu-Dabi arasında birbaşa hava əlaqəsini qurmağı planlaşdırır.
Bunu Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
Onun sözlərinə görə, "Air Arabia" büdcəli avaişirkəti də BƏƏ-nin üçüncü böyük şəhəri Şarcidən Bakıya və ölkənin digər şəhərlərinə birbaşa reysləri aça bilər.
"Air Arabia"nın uçuşları 2017-ci ildən başlaya bilər.